Göndəriş və qəbul nöqtələri arasında yük daşımalarının özəlliyi daşınan yükün xüsusiyyətlərindən asılıdır.
Yüklər bir neçə növə bölünür:
1. Toplu maye yüklər – müxtəlif qatılığa malik qida və qeyri qida maye yüklər
2. Toplu quru yüklər – qablaşdırmasız, açıq halda daşınan yüklər. Daşınma klassifikasıyasına əsasən açıq qablaşdırmasız yüklər qarışma təhlükəsi xüsüsiyyətinə malik yüklərə aiddi ve iki növə bölünür - dənəvər və dənəvər olmayan yüklər
3. Ümumi yüklər – pərakəndə mallar və ya bir vahid halda daşınan hər hansı əşya növü. Ən yaxşı nümunə poşt göndərişləridir
4. Qeyri standart ölçülü yüklər – xüsusilə böyük ölçülü yüklər
5. Rejimli yüklər – daşınma zamanı xüsusi temperaturun, rütubətin və havalandırma rejiminin təmin olunmasını tələb edən yüklər
6. Təhlükəli yüklər – ətraf mühitə və bəşəriyyətə təhlükəli olan yüklər